Asan Aç

“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi

“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi   

Əmək veteranı adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.

 

“Əmək veteranı” adı və vəsiqəsi kimlərə verilir?

Əmək veteranı adı və veteran vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:

 

Müraciət edilməsi

“Əmək veteranı” adını almaq istəyən şəxs ərizə və həmin adı almaq üçün aşağıda qeyd edilən təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir.

Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.

Müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və digər hallarda “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Yaşa görə əmək pensiyaçısı olması barədə arayış

3

Əmək kitabçasının surəti

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

5

Ərizə

 

Vəsiqənin təsviri

Əmək veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə yaşıl rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının Əmək veteranı” sözləri yazılmışdır.

 

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi