Asan Aç

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbul edilməsi

Müəssisənin tam adı

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi

 

Ünvanı

Qobustan şəhəri, Dərəkənd yolunun sağ kənarı.

 

Müəssisənin məqsədi

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir. Müəssisədə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sosial xidmətə götürülmüş şəxslərə sosial-psixoloji, və tibbi-sosial xidmətlər göstərilir.

 

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

Müəssisəyə qəbul qaydaları

Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları Mərkəzə qəbul olunmaq üçün penitensiar müəssisələrdə cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində "DOST" mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin filiallarına ərizə ilə müraciət edirlər. Şəxslərin şəxsi istəklərinə əsasən və ya daxili intizam qaydalarının pozulması hallarında onlar sosial adaptasiya mərkəzindən vaxtından əvvəl çıxarıla bilərlər.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Şəxsin penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilməsi haqqında arayış

3

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış

4

Şəxsin adına daşınmaz əmlakın olub-olmamasına dair arayış

5

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi