Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Çağrı Mərkəzi 142” MMC-nin cari ilin oktyabr ayı üzrə fəaliyyəti ilə bağlı iclas keçirilib. Onlayn formatda baş tutan görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin Agentliyin və Çağrı Mərkəzinin əməkdaşları iştirak edib.
Görüşdə “DOST Çağrı Mərkəzi 142” MMC-nin fəaliyyəti ilə bağlı təqdimat nümayiş olunub, görülən işlər barədə məlumat verilib, müvafiq istiqamətdə atılacaq addımlar barədə müzakirələr aparılıb.
Təqdimatda daxil olan müraciətlər, vətəndaş məmnunluğu, xətdə gözləmə müddəti, sosial media üzrə aktivlik göstəriciləri və s. ilə bağlı statistik məlumatlar diqqətə çatdırılıb.
Sonda Fərid Məmmədov təqdimatla bağlı fikirlərini bildirib, bu istiqamətdə müvafiq təkliflər verib. Əməkdaşların təlimlərə cəlb olunması, monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, həmçinin Çağrı Mərkəzi 142-də süni zəkanın tətbiq edilməsi üzrə ilkin addımların atılmasının zəruriliyi vurğulanıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi