Asan Aç

DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir

14 oktyabr 2021, 15:21
A+ A-
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST Agentliyi və DOST mərkəzlərinin rəhbər şəxsləri Vətən müharibəsinin ildönümü günlərində şəhid ailələri və qaziləri evlərində ziyarət edir.
 
Görüş zamanı şəhid ailələri və qazilərə dövlətin sosial dəstək tədbirləri barədə məlumat verilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verən qəhrəmanlarımızın hər zaman xalqımızın xatirəsində yaşayacağı qeyd edilib. Diqqətə çatdırılıb ki, DOST-un nəzdində fəaliyyət göstərən Vahid Əlaqələndirmə Mərkəzi bu istiqamətdə istənilən xidməti göstərmək üçün hazırdır.
 
Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST mərkəzlərində yaradılan Vahid Əlaqələndirmə Mərkəzi 23 avqustdan etibarən fəaliyyət göstərir.
 
Ümumilikdə 7 qurumun xidmətlərini bir pəncərə prinsipi ilə təqdim edən bu mərkəzdə bu müddət ərzində 1800-ə yaxın şəhid ailəsi və qaziyə xidmət göstərilib.
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir
DOST əməkdaşları şəhid ailələri və qaziləri evlərində ziyarət edir

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi