Asan Aç

Yaşlı insanlar üçün yoqa təlimləri keçirildi

15 oktyabr 2021, 14:45
A+ A-
Yaşlı insanlar üçün yoqa təlimləri keçirildi
 
Ahıl yaşlı insanlar üçün meditasiya-yoqa təlimləri keçirilib. Təlim yaşı 65-dən yuxarı olan şəxslərin asudə vaxtın səmərəli təşkili və sosiallaşma məqsədilə “Qəlbi cavanlar” təlim və yaradıcılıq düşərgəsi çərçivəsində baş tutub. Zirə Ekoparkında təşkil olunan düşərgəyə 90 nəfər iştirakçı qatılıb. Açıq səma altında baş tutan təlimin iştirakçılarına düzgün nəfəs texnikası ilə bədənini dinləmək bacarığı öyrədilib. Sağlam həyata keçid üçün sadə addımlardan bəhs edilib.
 
“Qəlbi cavanlar” təlim düşərgəsi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilir. 4 gün davam edəcək proqrama müxtəlif yarışmalar, muzeylərə ekskursiya, toxuculuq, tikiş və rəssamlıq üzrə dərslər daxildir.
 
Xatırladaq ki, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, ƏƏSMN və UNFPA maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin 3-cü komponenti üzrə müqavilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və DOST Agentliyi arasında imzalanıb. Layihənin məqsədi yaşı 65-dən yuxarı olan insanların müasir mühitə uyğunlaşması üçün zəruri bilik və bacarıqlarının artırılması, onların təcrübəsinin gənc nəslə ötürülməsi və asudə vaxtlarının keyfiyyətli təşkili ilə “bərabərlərin icmalaşması”nın təşviq edilməsidir.
 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi