“MDB ölkələrində sosial islahatlar: trendlər, potensial və həll yolları” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları DOST Agentliyində olublar. Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov qonaqlara DOST Konsepsiyası haqqında məlumat verib. O qeyd edib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 156 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Fərid Məmmədov 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacağını, bununla da DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyini bildirib.
Daha sonra qonaqlar 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsi prosesini izləyib, göstərilən xidmətlərlə tanış olublar. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara mərkəzin iş prinsipi və xidmət bölmələri barədə ətraflı məlumat verib.
DOST Agentliyi və DOST mərkəzlərinin iş prinsipi qonaqların böyük marağına səbəb olub. Onların bu barədə bağlı çoxsaylı sualları cavablandırılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi