Asan Aç

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial sahədə fəal blogerlərlə görüş keçirilib

17 iyun 2022, 17:55
A+ A-
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial sahədə fəal blogerlərlə görüş keçirilib

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində sosial sahədə aktiv olan blogerlərlə görüş keçirilib. 4 saylı Bakı DOST Mərkəzində baş tutan tədbirdə qonaqlara əvvəlcə mərkəzin iş prinsipi, xidmət sahələri, həmçinin “Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə bağlı məlumat verilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası haqqında qısa məlumat verib. O qeyd edib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Fərid Məmmədov 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacağını, bununla da DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyini bildirib.

Məlumatların idarə edilməsi və təhlil departamentinin aparıcı məsləhətçisi Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.

Daha sonra blogerlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu sahədə olan yeniliklər, problemlər müzakirə olunub, yeni təkliflər verilib.

Sonda Fərid Məmmədov tədbirin əhəmiyyətini qeyd edərək bu cür görüşlərin mütəmadi keçirilməsini təklif edib. İdarə Heyətinin sədri görüşdə təklif olunan məsələlərin diqqətdə saxlanacağını qeyd edib, gələcəkdə sosial sahədə aktiv olan blogerlərlə bir sıra birgə layihələrin həyata keçirilməsinin mümkün olduğunu qeyd edib.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi