Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

30 iyul 2022, 10:51
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub.

Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı Dövlət Məşğulluq Agentliyi, Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışıb, bu sahədə dövlət monitorinqinin həyata keçirilməsinin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib.

Agentliyin əməkdaşı Zəhra Həsənova “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, istiqamətləri, əhatə etdiyi sahələr və s. mövzularla bağlı məlumat verilib.

Tədbirdə "İşəgötürənlərin əlilliyi olan şəxslər üçün ağlabatan və uyğunlaşdırılmış iş şəraitinin yaradılması sahəsində mövcud çətinlikləri" mövzusunda müzakirə aparılıb. İştirakçılar mövcud sahə ilə bağlı problemləri dilə gətirib, həmçinin mövzu ilə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi