Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Onlayn formatda baş tutan görüşdə Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin müdiri İlkin Zərbəliyev "DOST Agentliyinin Aparatı və “DOST” mərkəzlərində, habelə Agentliyin yaratdığı hüquqi şəxslərdə vətəndaşların qəbuluna dair Tələblər”in təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib. Çağrı mərkəzi 142-nin baş koordinatoru Bəxtiyar Məmmədov “Çağrı mərkəzi 142-nin fəaliyyətinə dair Tələblər”ə dəyişiklik edilməsi barədə iclas iştirakçılarına məlumat verib. DOST Xidmətləri departamentinin mütəxəssisi Orxan Hüseynov "DOST” mərkəzlərinin 2022-ci ilin avqust ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabatla çıxış edib.
İclasda həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində müzakirələr aparılıb. İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi