"Korporativ DOST" altproqramı çərçivəsində "Autizmli uşaqlarla Kanelbulle bişirmə günü" adlı sosial məsuliyyət tədbiri təşkil edilib. Tədbir İsveç İnstitutunun dəstəyi, Azərbaycan İsveç Tələbələr və Məzunlar Şəbəkəsi və "Könüllü DOST" proqramının təşkilatçılığı ilə Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzində baş tutub.
Autizm Mərkəzi ilə tanışlıqdan sonra İsveçin ölkəmizdəki səfiri Tobias Lorentzson və DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev autizmli uşaqlar və "Könüllü DOST"larla birgə İsveç mətbəxində xüsusi yerə sahib olan “Kanelbulle” bişiriblər. Daha sonra eko-çantalarla master-klass keçirilib, uşaqlar tərəfindən musiqi ifaları səsləndirilib.
Autizm sindromlu uşaqlara məşhur İsveç yazıçısı Astrid Lindqrenin dünya uşaq ədəbiyyatı incilərindən olan "Balaca və damda yaşayan Karlson", "Uzuncorab Pippi" və “Lönneberqalı Emil” kitabları hədiyyə edilib. Uşaqlar isə İsveç səfirinə "Könüllü DOST"larla hazırladıqları eko-çantaları hədiyyə ediblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi