Asan Aç

Əhali proqnozlarının hazırlanması sahəsində görülən işlər və atılacaq addımlar müzakirə olunub

1 mart 2023, 15:27
A+ A-
Əhali proqnozlarının hazırlanması sahəsində görülən işlər və atılacaq addımlar müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev və Çexiyanın Karlov Universitetinin professoru Tomas Kuçera ilə ölkəmizdə əhali proqnozlarının hazırlanmasına dair işçi görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkə, iqtisadi rayonlar və rayonlar səviyyəsində əhali proqnozlarının hazırlanmasının sosial-iqtisadi əhəmiyyətindən bəhs edib. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkəti və BMT-nin Əhali Fondu arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində və Karlov Universiteti ilə birgə bu sahədə işlərin aparıldığı və hazırda da davam etdiyi vurğulanıb. 

Görüşdə dayanıqlı inkişaf şəraitində respublikamızda müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olduğu qeyd edilib. Ölkəmizdə əsas demoqrafik meyillər və perspektivlərə dair fikir mübadiləsi aparılıb. Əhali proqnozlarının hazırlanması sahəsində görülən işlər və atılacaq addımlar müzakirə olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi