Asan Aç

Əlilliyə görə əmək pensiyası

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.

  • I dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 il, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı,
  • II və III dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  müəyyən etdiyi  əlillik  dövrü üçün,  pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

Əlillik müəyyən edildikdən sonra əlilliyə görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunur. Bank kartı avtomatik olaraq sifariş edilir.

Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi