Asan Aç

Sosial xidmət istiqamətində göstərilən xidmətlər

Sosial xidmət - çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.

Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə əlavə olunmaqla, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq əsası təsdiq edən digər sənədlərlə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər. 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST Mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əsasən Sosial xidmət istiqaməti üzrə aşağıdakı xidmətlər göstərilir:

  • müəyyən yaşayış yeri olmayan şəxslərin müvəqqəti sığınacaqla təmin olunması
  • əlilliyi olan gənclərin peşə-reabilitasiya mərkəzlərinə qəbul edilməsi
  • məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi
  • baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial xidmət müəssisələrinə qəbul edilməsi
  • insan alveri qurbanlarının sosial reabilitasiyasının təşkil edilməsi
  • sosial hüquqi xidmətlərin göstərilməsi
  • imtiyazlı şəxslərin sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi
  • təhsilə cəlb olunmayan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi
  • xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi
  • ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əməkqabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərin (ailələrin) sosial xidmət müəssisələrinə qəbul edilməsi
  • uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məzunlarının “Məzun evi” sosial müəssisəsində mənzillə təmin edilməsi
  • yetkinlik yaşına çatmayan görmə imkanı məhdud şəxslərin sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi məqsədilə bərpa mərkəzlərinə qəbul edilməsi
  • penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinə qəbul edilməsi
  • məhkumların məhkumlar üçün reabilitasiya mərkəzinə qəbul edilməsi
  • sosial məişət xidmətlərinin göstərilməsi
  • “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi
  • Övladlığagötürmə sahəsində xidmətlər
  • övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi
  • övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi
  • Himayədar ailə sahəsində göstərilən xidmətlər
  • himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi
  • himayədar ailə ilə bağlı məsləhət və məlumat verilməsi
  • Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi, onların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilməsi və həmin müəssisələrdən götürülməsi ilə bağlı müraciətlərin qəbul edilməsi

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi