Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda keçirilən elmi-praktiki konfransın materiallarının elektron versiyası hazırlanıb.
DOST Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 20 dekabr 2023-cü il tarixində baş tutan konfransda hüquq elmləri, sosiologiya, iqtisad elmləri və digər sahələr üzrə məqalə və tezislər təqdim edilib.
Konfransın materiallarının elektron versiyasını diqqətinizə çatdırırıq:
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi