Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

Görüşdə “Səhiyyə və tibb sahəsində yaradılmış imkanlar və göstərilən xidmətlər” mövzusunda müzakirələr aparılıb. İştirakçılar tərəfindən əlilliyin qarşısının alınması və onların reabilitasiyası, genetik xəstəliklər zamanı əlilliyin yaranması kimi mövzular müzakirə olunub. Tibb müəssisələrinin əlilliyi olan şəxslər üçün müyəssərliyi və ya ağlabatan uyğunlaşdırmanın təmin edilməsi də əsas müzakirə mövzusundan biri olub. Görüşdə həmçinin, əlilliyi olan şəxslər üçün tibbi sığortanın təmini, əlilliyə səbəb ola biləcək halların qarşısının alınması istiqamətində preventiv tədbirlər və s. istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi