İslam Əməkdaşlıq Təşkilatından olan nümayəndə heyəti DOST Agentliyində

İslam Əməkdaşlıq Təşkilatından olan nümayəndə heyəti DOST Agentliyində

DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə qonaqlara məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 160 növ xidmət göstərilir. DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.

Qonağa DOST İndeks - sosial sahədə fəaliyyət göstərən xidmət mərkəzlərinin keyfiyyətinin monitorinq və qiymətləndirilməsi aləti ilə bağlı da ətraflı məlumat verilib. Qeyd olunub ki, DOST İndeks sosial sahədə xidmətin keyfiyyətinin qiymətləndirilməsinə yönəlimiş dünyada yeganə kompleks qiymətləndirmə alətidir.

Zehra Zümrüd Selçuk DOST modeli ilə bağlı müsbət fikirlərini ifadə edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Görüşdə DOST Agentliyi ilə SESRIC arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası və əmək, məşğulluq, sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi