Asan Aç

DOST modelinin Moldovada tətbiqi ilə bağlı işlər davam edir

17 oktyabr 2024, 16:05
A+ A-
DOST modelinin Moldovada tətbiqi ilə bağlı işlər davam edir

Azərbaycanın DOST modelinin Moldova Respublikasında tətbiqi istiqamətində işlər davam edir. DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası ilə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, səfərlər təşkil olunur, işçi qruplarının görüşləri keçirilir. Daha bir görüş təcrübələrin bölüşülməsi və zəruri dəstək tədbirlərinin göstərilməsi məqsədi ilə baş tutub. Onlayn formatda keçirilən görüşdə “DOST indeks” və “Vətəndaş qəbulu” alt sisteminin qurulması istiqamətində Azərbaycan təcrübəsi ilə bağlı ətraflı məlumat təqdim edilib. Qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, hazırda DOST modeli əsasında Moldovanın Milli Sosial Sığorta Kassasının nəzdində ilk Mərkəzin yaradılması və istifadəyə verilməsi ilə bağlı Moldova tərəfinə zəruri dəstək göstərilir. Yaxın müddətdə DOST Çağrı Mərkəzi 142-nin fəaliyyəti ilə bağlı görüşün keçirilməsi də nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi