Asan Aç

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

Görüşdə Komissiyanın fəaliyyəti və görülən işlərə dair məlumatlar təqdim olunub. Daha sonra “Yaşayış yeri və ətraf infrastrukturun ağlabatan uyğunlaşma şərtləri” mövzusunda müzakirələr aparılıb. İştirakçılar tərəfindən ictimai nəqliyyatın əlilliyi olan şəxslərə uyğunluğu, piyada keçidlərinin beynəlxalq standartlara uyğun müyəssər olmasının təmin edilməsi və universal dizayn prinsiplərinin tətbiqi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Ekspertlərin rəy və təklifləri Komissiya üzvləri tərəfindən dinlənilib, müvafiq qeydlər aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi