DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Vətən müharibəsi şəhidi, kapitan Samid Əsgərovun ailəsini ziyarət edib.
Müharibənin ilk günündən döyüşə qatılan Samid Əsgərov düşmən səddinin yarılmasında böyük qəhrəmanlıq göstərib və Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bir oğul övladı yadigar qalan şəhidimizin ailəsi dövlət tərəfindən mənzillə təmin edilib, həmçinin digər sosial dəstək tədbirləri ilə əhatə olunub.
Görüşdə Samid Əsgərovun döyüş yolundan bəhs olunub, əziz xatirəsi anılıb. Fərid Məmmədov şəhid ailələri və müharibə veteranlarının dövlətin, ölkə başçımızın diqqət və qayğısı ilə əhatə olunduğunu və bunun daim belə olacağını bildirib.
Şəhid ailəsi ziyarət üçün təşəkkür edib, dövlətimiz, cəmiyyətimiz tərəfindən göstərilən diqqət və qayğını daim hiss etdiklərini qeyd ediblər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi