Asan Aç

COP29 çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdim etdiyi sərgiyə baxış keçirilib

19 noyabr 2024, 12:18
A+ A-
COP29 çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdim etdiyi sərgiyə baxış keçirilib

“DanceAbility” Azərbaycan Sosial Müəssisəsinin inklüziv performansı və əl velosipedlərinin təqdim edildiyi bölmə ilə tanışlıq olub.

Bakıda keçirilən COP29 çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı ilk tədbir olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim olunan sərgiyə baxış olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan Mərkəzin və “DOST Evi” filialının benefisiarları və təlimçilərinin ümumilikdə 50-dən çox əl işi ilə tanış olublar.

“DanceAbility” Azərbaycan Sosial Müəssisəsinin “Nə Qədər Kifayətdir?” inklüziv performansının da təqdimatı olub.

Müyəssərliyi təmin etmək məqsədilə keçirilən bu unikal performans altyazı və audio təsvirlə təqdim edilib. Qeyd edək ki, performansda çıxış edən əlilliyi olan və olmayan şəxslər tərəfindən keçirilən panel müzakirələrində isə işarət dili tərcüməsi təmin olunmuşdu.

Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi tərəfindən COP29 tədbirinə
inklüziv töhfə olaraq və hər kəsi inklüziv idman vasitəsilə bir araya gətirmək üçün əl velosipedlərinin təqdim edildiyi bölməyə də baxış olub.

İctimai Birliyin sədri Amid Həsənquliyev məlumat verərək “Əl Velosipedi Hər Kəs Üçün” şüarına əsaslanan bu tədbirin inklüziv cəmiyyətin qurulmasına dəstək məqsədi daşıdığını vurğulayıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi