Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığı təmin edilir

4 iyun 2025, 15:49
A+ A-
Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığı təmin edilir

DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi davam edir.

Tələbələrin Akselerasiya Proqramı çərçivəsində layihənin 2 nəfər benefisiarı “PAŞA Həyat Sığorta” ASC-nin Maliyyə departamenti və İT xidmətləri və dəstək departamentində əmək fəaliyyətinə cəlb olunub. Gənclər müasir iş mühitində öz bacarıqlarını inkişaf etdirərək, əmək bazarına inteqrasiya olmaq və daha yüksək peşəkar mövqelərə yiyələnmək üçün vacib imkanlar əldə ediblər.

Proqramın digər tərəfdaşı "STEP IT Academy" tərəfindən gənclərə texniki sahələrdə müasir bilik və bacarıqların əldə edilməsini hədəfləyən təlimlər təşkil olunub. Qrafik dizayn və digər sahələr üzrə peşəkar təlimlərə qatılan gənclər uğurlu nəticələrinə görə sertifikatla təltif olunublar.

Layihənin məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının və bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi