Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

27 noyabr 2025, 14:17
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. “Əlilliyi olan şəxslərə kreditlərin və həyat sığortalarının verilməsi” mövzusunda baş tutan tədbirdə Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatları və bank nümayəndələri iştirak edib.

Görüşdə Komissiyanın fəaliyyəti və görülən işlərə dair məlumatlar təqdim olunub. Daha sonra mövzu ilə bağlı müzakirələr aparılıb. İştirakçılar əlilliyi olan şəxslər üçün bank məhsulları, həmçinin bank filialları və ATM-lərin müyəssərliyi istiqamətlərində fikir mübadiləsi aparılıblar.

Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi