
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai fəallar da iştirak edib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri barədə danışıb.
Görüşdə Komissiyanın 2025-ci ilin nəticələri və görülən işlərə dair məlumatlar təqdim olunub. Həmçinin 2026-cı ilin monitorinq məqsədləri, qarşıda duran vəzifələr və s. mövzularla bağlı məlumat verilib.
Tədbirdə bir sıra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı üzvlərin rəy və təklifləri nəzərə alınıb, komissiyanın sədri Fərid Məmmədov tərəfindən müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərara əsasən, monitorinqin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Müvafiq olaraq nazirliyin strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət Monitorinq Komissiyası yaradılıb.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi