
7 ayın sosial göstəriciləri
Bu ilin 7 ayında DOST mərkəzlərində 590 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.
2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 8 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə, Naxçıvan), 4 DOST qəbul şöbəsi (Şuşa, Tərtər, Neftçala, İmişli) və 3 DOST xidmət məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərindən ibarət 164 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi