Naxçıvan Regional DOST Mərkəzində sosial ödəniş kartları üzrə xidmətlər təqdim olunur

9 sentyabr 2026, 18:39
A+ A-
Naxçıvan Regional DOST Mərkəzində sosial ödəniş kartları üzrə xidmətlər təqdim olunur

Naxçıvan Regional DOST Mərkəzində vətəndaşlar DOST mərkəzlərinin göstərdiyi bütün xidmətlərdən yararlana bilərlər.

Mərkəzdə fəaliyyət göstərən bank pəncərələri vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım, işsizlikdən sığorta ödənişi, eləcə də peşə kurslarına cəlb olunan şəxslərə verilən aylıq təqaüd ödənişləri üzrə bank kartlarının verilməsi, habelə müddəti başa çatmış, itirilmiş və ya zədələnmiş kartların yenilənməsi xidmətləri də göstərilir.

Bu xidmətlər sayəsində vətəndaşlar bank filialına müraciət etmədən bütün prosesi eyni məkanda, vaxt itkisi olmadan həyata keçirə bilərlər.

DOSTunuz olaraq xidmətinizdəyik!

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi