DOST ucqar kənd məktəblilərini sevindirdi

14 sentyabr 2026, 16:15
A+ A-
DOST ucqar kənd məktəblilərini sevindirdi

DOST Agentliyi bu il də “Bilik Günü” ilə əlaqədar ucqar kəndlərdə yaşayan şagirdləri sevindirib.

“DOST sevinci” layihəsi çərçivəsində əməkdaşlarımız və “Könüllü DOST” proqramının iştirakçıları arasında toplanılan məktəb ləvazimatları ucqar kəndlərdə yaşayan ibtidai sinif şagirdlərinə hədiyyə edilib.

DOST əməkdaşları Neftçala rayonunun Həsənabad qəsəbəsi Ş.Orucov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində, Neftçala şəhəri Mehman Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyada və Bankə qəsəbəsi Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdləri sevindiriblər.

Layihəyə bu il Naxçıvan Regional DOST Mərkəzinin əməkdaşları da qoşularaq Şahbuz rayonunun Güney Qışlaq kənd tam orta məktəbi və Babək rayonunun Göynük kənd tam orta məktəbində şagirdlərə məktəb ləvazimatları təqdim ediblər.

“DOST sevinci” layihəsi çərçivəsində ümumilikdə 227 şagirdə məktəb ləvazimatı hədiyyə edilib. “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi korporativ sosial məsuliyyət mədəniyyətinin gücləndirilməsi, rayon ictimaiyyətinin “DOST” konsepsiyası ilə bağlı daha yaxından məlumatlandırılması, həmçinin məktəbliləri, xüsusilə birinci sinifə başlayan uşaqları sevindirmək və onlara təhsilin önəmini aşılamaq olub.

Layihənin həyata keçirilməsində iştirak edən hər bir DOST əməkdaşına və könüllülərə təşəkkür edirik.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi