Bosniya və Herseqovina nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

25 sentyabr 2026, 11:21
A+ A-
Bosniya və Herseqovina nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın Federal Pensiya və Əlillik Sığortası Qurumunun nümayəndə heyəti DOST Agentliyini ziyarət edib.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və yaradılan şəraitlə tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 164 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Nümayəndə heyəti üçün DOST xidmətləri və ölkəmizin sosial sahədə rəqəmsal nailiyyətləri barədə təqdimatlar edilib.

Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi