DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görüldü

29 sentyabr 2026, 18:06
A+ A-
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq  görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb:

· ISO 9001:2015 (“Keyfiyyətin idarəetmə sistemi”),

· ISO 10002:2018 (“Müştəri məmnunluğunun və şikayətlərin idarə edilməsi sistemi”),

· ISO 45001:2018 (“İş sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi”),

· ISO 20121:2024 (“Dayanıqlı tədbirlərin idarə edilməsi sistemi”).

Hər ISO üzrə bütün mərhələləri uğurla keçən Mərkəzin qeyd edilən istiqamətlər üzrə fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğunluğu təsdiq edilib.

Mərkəzin fəaliyyətinin ISO standartlarına uyğunlaşdırılması xidmət və idarəetmə proseslərinin keyfiyyətini artırır. Habelə xidmətlərədn vətəndaş məmnunluğunu yüksəldir, iş prosesində sağlam və təhlükəsiz, inklüziv mühit yaradaraq dayanıqlı inkişafı təmin edir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi