Tələbələrin Akselerasiya Proqramının məzunları üçün təlim proqramına start verilib

Tələbələrin Akselerasiya Proqramının məzunları üçün təlim proqramına start verilib

DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramının (TAP) məzunları üçün yeni peşəkar inkişaf imkanları yaradılır.

Bu istiqamətdə növbəti addım olaraq əlilliyi olan gənclər üçün bank işi üzrə 40 saatlıq sertifikatlaşdırılmış təlim proqramına start verilib.

Proqram Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Təlim iştirakçıların bank işi sahəsində bilik və bacarıqlarının inkişafına, eləcə də bu sahədə peşəkar fəaliyyətə hazırlanmasına yönəlib. Təlimi uğurla başa vuran iştirakçılar sertifikat əldə edəcəklər.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla birgə icra olunan TAP əlilliyi olan gənclərin peşəkar potensialının inkişaf etdirilməsi və əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır. Proqram çərçivəsində iştirakçılar yumşaq bacarıqlar üzrə təlimlərə, mentorluq və karyera dəstəyinə, həmçinin maraq və potensiallarına uyğun peşəkar inkişaf fəaliyyətlərinə cəlb olunurlar.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi