Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Şüvəlanda keçirilib

6 noyabr 2026, 14:15
A+ A-
Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Şüvəlanda keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş tutub.

Aksiya çərçivəsində sakinlər ümumi tutumu 456 litr olan plastik və 45 litr olan şüşə tullantıları təhvil verərək əvəzində Eldar şamı, sərv, nar və badam tingləri əldə ediblər.

Təşəbbüsün əsas məqsədi tullantıların çeşidlənməsi və təkrar emalının təşviqinə, yaşıllıqların qorunmasına, ekoloji məsuliyyətin artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi