2020-ci ilin ilk yarım illiyi ərzində “DOST” mərkəzləri üzrə vətəndaşların növbədə gözləmə müddəti orta hesabla 3 dəqiqə 36 saniyə, vətəndaşlara göstərilən xidmət müddəti isə 9 dəqiqə 39 saniyə olub.
Çağrı mərkəzi 142-ə edilən zənglərə əsasən hesabat dövrü ərzində vətəndaşların növbədə gözləmə müddəti 6 dəqiqə 36 saniyə, vətəndaşlarla danışıq müddəti isə 3 dəqiqə 58 saniyə olub.
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddətində Çağrı mərkəzi 142-ə gələn orta günlük zənglərin sayı adi günlərlə müqaisədə 4 dəfə artıb. 2020-ci ilin yanvar, fevral ayları və mart ayının 20-nə kimi Cağrı mərkəzi 142-ə daxil olan orta günlük zəng sayı 1250 təşkil edirdisə, karantin dövrü ərzində bu say 5000-ə yüksəlib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi