TÜRKPA nümayəndələri DOST mərkəzi ilə tanış olublar

21 aprel 2022, 17:50
A+ A-
TÜRKPA nümayəndələri DOST mərkəzi ilə tanış olublar

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndələri 4 saylı DOST Mərkəzini ziyarət ediblər. Qonaqlar mərkəzdə göstərilən xidmətlər barədə məlumat alıblar.

DOST Agentliyinin İdarə heyəti sədrinin müşaviri Ruslan Mirzəliyev qonaqları mərkəzin iş prinsipi, xidmət bölmələri və “Çağrı Mərkəzi 142”nin fəaliyyəti barədə məlumatlandırıb. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

Ruslan Mirzəliyev 25 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin Fərmanına əsasən Şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin (VƏM) yaradıldığını və indiyədək cavablandırılan müraciət sayının 110 mini ötdüyünü bildirib. Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacaq.

Qonaqlar mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi