Asan Aç

ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

21 noyabr 2022, 17:28
A+ A-
ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

Artıq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 23 Çağrı nömrəsinə daxil olan zənglər 142 Çağrı mərkəzi üzərindən qəbul edilərək cavablandırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumları üzrə fəaliyyət göstərən çağrı mərkəzlərinin vahid platformada birləşdirilməsi üçün onların nazirliyin Çağrı mərkəzi 142-yə inteqrasiyasına başlanıb.

Məqsəd vətəndaş müraciətlərinin cavablandırılması xidmətinin keyfiyyətinin daha da artırılması, müvafiq xidmətlərlə bağlı yalnız bir qısa nömrədən istifadə etməklə müraciət etmələrinə şərait yaradılmasıdır.

İlk mərhələdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) 19 23 Çağrı mərkəzinin 142 Çağrı mərkəzinə inteqrasiyası aparılır.

Artıq 19 23-ə edilən zənglər 142 üzərindən qəbul edilərək cavablandırılır.

Sonrakı mərhələdə (yəni, adaptasiya müddəti başa çatdıqdan sonra) 19 23 nömrəsi ləğv edilərək, DTSERA-ya aid bütün müraciətlər də 142 Çağrı mərkəzi tərəfindən qəbul ediləcək. 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi