Asan Aç

DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

30 dekabr 2022, 13:49
A+ A-
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Bu il DOST mərkəzlərinə 620 minə yaxın vətəndaş müraciəti daxil olub. Ümumilikdə isə bu rəqəm 1 milyon 271 mindən çoxdur.

Bunu DOST Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

2022-ci il üzrə görülən işlərə və qarşıda duran hədəflərə dair keçirilən tədbirdə ilin yekunları ilə bağlı hesabat xarakterli video çarx nümayiş olunub.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov media nümayəndələrinə 2022-ci ildə görülən işlər barədə məlumat verib. Bildirib ki, vətəndaşlara 154 dövlət sosial xidmətlərini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edən DOST konsepsiyası xidmət səviyyəsini hər il daha da yüksəltməyə nail olur. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2% təşkil edib.

Eyni zamanda Çağrı Mərkəzi 142 tərəfindən 2022-ci ildə 1 milyon 548 min nəfər vətəndaşın müraciəti cavablandırılıb. Şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən Vahid əlaqələndirmə mərkəzləri tərəfindən 220 mindən çox müraciət qeydə alınıb.

Fərid Məmmədov 2022-ci ildə DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini qeyd edib. Agentlik bu il 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

Mətbuat konfransında DOST mərkəzləri şəbəkəsinin genişləndirildiyi də diqqətə çatdırılıb. Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan 5 saylı Bakı DOST Mərkəzi ilə paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub. Həmçinin işğaldan azad edilən ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Cari ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilin sonunadək 17 regional "DOST" mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub.
Sonra Fərid Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb.

DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib
DOST Agentliyində ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi