Asan Aç

ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

16 yanvar 2023, 14:20
A+ A-
ƏƏSMN-nin bütün çağrı mərkəzləri vahid platforma altında cəmləşdirilir

Artıq Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (SSFUMF) 012 562 20 11 nömrəsinə daxil olan zənglər 142 Çağrı mərkəzi üzərindən qəbul edilərək cavablandırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumları üzrə fəaliyyət göstərən çağrı mərkəzlərinin vahid platformada birləşdirilməsi üçün onların nazirliyin Çağrı mərkəzi 142-yə inteqrasiyasına başlanıb.

Məqsəd vətəndaş müraciətlərinin cavablandırılması xidmətinin keyfiyyətinin daha da artırılması, müvafiq xidmətlərlə bağlı yalnız bir qısa nömrədən istifadə etməklə müraciət etmələrinə şərait yaradılmasıdır.

Artıq 012 562 20 11-ə edilən zənglər 142 üzərindən qəbul edilərək cavablandırılır.

Sonrakı mərhələdə (yəni, adaptasiya müddəti başa çatdıqdan sonra) 012 562 20 11 nömrəsi ləğv edilərək, SSFUMF-ə aid bütün müraciətlər 142 Çağrı mərkəzi tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, ilk mərhələdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) 1923 Çağrı mərkəzinin 142 Çağrı mərkəzinə inteqrasiyası həyata keçirilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi