Asan Aç

Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu

10 mart 2023, 16:38
A+ A-
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Dariya Kisiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ölkəmiz tərəfindən həmsədri Sahil Babayev Azərbaycan və Serbiyanın  dövlət başçılarının səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Keçən il Azərbaycan və Serbiyanın ticarət dövriyyəsində 17,9 faiz artım olduğu, ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin yüksələn xətlə inkişafında əhəmiyyəti qeyd olunub. Ölkəmizdə son illər aparılan sosial islahatlar, beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən DOST təcrübəsi, sosial xidmətlərin avtomatlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib.  

Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan dövlət siyasətindən, əsas demoqrafik meyillərdən bəhs olunub. Ölkəmizdəki müsbət demoqrafik vəziyyət, əhalinin sabit artım tempinin mövcud olduğu, əhali proqnozlarının hazırlanması sahəsində aparılan işlər diqqətə çatdırılıb. 

Xanım D.Kisiç Azərbaycana səfərinin xoş təəssüratlarını ifadə edib. Serbiyanın  Azərbaycanla dost münasibətini, əlaqələri daim genişləndirmək əzmində olduğunu  vurğulayıb. 

Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiyanın Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlıq üçün hüquqi bazanın genişləndirilməsinin vacibliyi qeyd olunub. 

Demoqrafiya sahəsində əlaqələrin dərinləşdirilməsi, bu sahədə qabaqcıl təcrübələrin mübadiləsi, nazirliklər arasında əməkdaşlıq sənədinin imzalanması məsələləri müzakirə edilib.

Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu
Demoqrafiya sahəsində Serbiya ilə əməkdaşlıq imkanları müzakirə olundu

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi