Asan Aç

“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilib

12 sentyabr 2023, 14:19
A+ A-
“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilib

Konfrans rəsmi mərasimdən sonra plenar iclaslarla davam edib. İlk iclas Vahid platforma konsepsiyasında idarəetmə modelləri mövzusunda keçirilib. Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəylinin moderatorluğu ilə keçirilən müzakirədə Litvanın sosial müdafiə və əmək nazirinin müavini Justina Jakštienė, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Serbiyanın ailə rifahı və demoqrafiya nazirinin köməkçisi Sandra Grujičić və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iştirak ediblər.

İkinci plenar iclas Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya mövzusuna həsr olunub. İclasa Azertelecom MMC-nin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev moderatorluq edib. Həmin müzakirədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatının Sosial Sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə, Beynəlxalq Sosial Müdafiə Assosiasiyasının (İSSA) Avrasiya üzrə koordinatoru Dmitri Karasyov (İsveçrə), AMCHAM Azərbaycanın icraçı direktoru Gülnarə Aslanbəyli və Türkiyənin İŞKUR təşkilatının məşğulluq üzrə mütəxəssisi Hakan Özer spiker qismində çıxış ediblər.

Plenar iclaslardan sonra konfransın birinci gününə yekun vurulub.

Konfransın ikinci günü panel müzakirələri ilə davam edib. Birinci panel müzakirəsi Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi mövzusuna həsr olunub. B.E.S.T Solutions şirkətinin rəhbəri Yana Krimpenin moderatorluğu ilə baş tutan müzakirədə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Norveçin Bergen Universitetinin Əmək və Rifah Müdirliyinin baş məsləhətçisi Thore Hansen, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov və UN Universitetinin araşdırma koordinatoru Soumaya Ben Dhaou (Portuqaliya) mövzu ətrafında çox maraqlı diskussiya aparıblar.

Paralel olaraq keçirilən ikinci panel müzakirə Xidmət keyfiyyətinin təmin edilməsində qiymətləndirmə alətləri mövzusunda olub. Panel müzakirə 2-yə 5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev moderatorluq edib. Estoniyanın Səhiyyə və Rifah İnformasiya Sistemləri Mərkəzinin direktoru Margus Arm, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov və “ASAN Xidmət”in Layihələrin idarəedilməsi və texnoloji həllər şöbəsinin müdir müavini Aynur Qurbanlının spiker qismində iştirak etdiyi müzakirədə real tətbiqi təcrübələr bölüşülüb, mütərəqqi həllər təqdim olunub.

Konfransın son – üçüncü panel müzakirəsi isə İR siyasəti vahid platformanın təşkilati inkişafı üçün əhəmiyyətli alət kimi mövzusuna həsr edilib. Dövlət Əmək Müfəttişliyi rəisinin müavini Nərmin Mirzəyevanın moderatorluğu ilə keçirilən müzakirədə Avropa Sosial Şəbəkəsinin sədri Christian Fillet (Belçika), SOCAR Baş ofisinin Təlim və inkişaf şöbəsinin rəisi
Tural Məmmədov, Əmək bazarı üzrə böyük ekspert Dr.Manuela Hargassner Delpos (Avstriya) və Azərkosmosun işçi qüvvəsi üzrə meneceri Tural Hümbətov iştirak ediblər. Bu panel müzakirədə spikerlər insan resursları sahəsində tətbiq edilən yeniliklər, təşkilatlarda müasir iş mühitinin ehtiyacları və innovasiyalar barədə geniş fikir mübadiləsi aparıblar.

Bununla da iki günlük beynəlxalq konfrans öz işini uğurla yekunlaşdırdı. Həm plenar iclaslar, həm də panel müzakirələrdə təqdim edilən çıxışlarda çox maraqlı, ciddi elmi araşdırmalar, nəticələr, problemlər ortaya qoyuldu.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi