DOST Agentliyinin əməkdaşları evdə (səyyar) sosial xidmətlər göstərilən tənha yaşayan ahılları ziyarət ediblər. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar təşkil olunan görüşlərdə əməkdaşlar tənha ahılları əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
Ahıl şəxslər onlara verdikləri dəyər və diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.
Beynəlxalq Ahıllar Gününün beynəlxalq səviyyədə qeyd olunması ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslərə daima diqqət göstərilir və onlar üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi Qətnaməyə əsasən, oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasın Qanununa əsasən, 70 yaşına çatmış şəxslər ahıl hesab olunurlar.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi