DOST Agentliyinin nümayəndə heyəti İsveçrədə səfərdədir

26 oktyabr 2023, 17:15
A+ A-
DOST Agentliyinin nümayəndə heyəti İsveçrədə səfərdədir

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə səfərdədir. Səfərin məqsədi Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə sosial təminat sahəsində məsləhətləşmələr aparmaq, həmçinin bu sahədə təcrübələri bölüşməkdir.

Səfərin ilk günündə Fərid Məmmədov BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə işgüzar görüş keçirib. Görüşdə Fərid Məmmədov Azərbaycanın sosial təminat sisteminin inkişaf etdirilməsi, prioritetlər və atılan addımlar barədə məlumat verib. Tərəflər arasında sosial təminat sistemlərinin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi imkanları, əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonrakı görüşlər BSTA-nın Sosial təminatın inkişafı şöbəsinin direktoru Raul Ruqqia, Kommunikasiya şöbəsinin direktoru Siqve Soldal Byörstad, Tanınma proqramı üzrə meneceri Yohanna Maas, Sosial Təminat üzrə texniki direktoru Klaudia Ambrosio və qurumun başqa nümayəndələri ilə keçirilib. Həmin tədbirlərdə də DOST Agentliyinin fəaliyyəti, xidmət prosesi və iş prinsipi barədə geniş məlumat verilib. Təcrübə və məlumat mübadiləsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, DOST Agentliyi cari ilin yanvar ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv seçilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi