DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

25 dekabr 2023, 14:23
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Agentliyin Hüquq departamentinin müdir müavini Aydan Salıfova “Tədbirlərin təşkili və korporativ katiblik” və “DOST” mərkəzlərinə operativ inzibati dəstək departamenti”nin əsasnamələrinin təsdiq edilməsi, həmçinin Maliyyə və mühasibatlıq departamenti, Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamenti və Daxili nəzarət və audit departamentinin əsasnamələrinin yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

DOST Xidmətləri departamentinin Xidmətlərin monitorinqi şöbəsinin müdiri Natiq Qaçayev “DOST” mərkəzləri tərəfindən səyyar xidmətlərin göstərilməsinə dair prosedur və “Smart DOST” məntəqələri vasitəsilə xidmətlərin göstərilməsi və müraciətlərin qəbuluna dair prosedurun təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

DOST Çağrı Mərkəzi 142-nin Əməliyyatlar departamentinin müdiri Qumru Həbullahova “DOST Çağrı Mərkəzi 142” MMC-nin Daxil olan zənglərin qəbul edilməsi və cavablandırılması və Sosial kommunikasiya və əks əlaqəyə dair prosedur sənədlərinin müzakirəsi üçün İdarə Heyətinə təqdim edib.

DOST Xidmətləri departamentinin referenti Şəbnəm Mirzəliyeva “DOST” mərkəzlərinin 2023-cü ilin noyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabat təqdim edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi