Sosial xidmət - çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir.
Çətin həyat şəraitində olan şəxs sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə və ərizəyə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq əsası təsdiq edən digər sənədlər əlavə edilməklə müraciət edir. Çətin həyat şəraitində olan ailəyə sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri müraciət edə bilər.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST Mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əsasən Sosial xidmət sahəsində göstərilən xidmətlər üzrə aşağıdakı xidmətlər göstərilir:
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi