Vahid əlaqələndirmə mərkəzləri

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” (bundan sonra - vahid əlaqələndirmə mərkəzləri) Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 1380 nömrəli Fərmanı ilə yaradılmışdır. Vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilkin mərhələdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində, daha sonra isə xidmət göstərilən şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil edilmişdir.

Qeyd olunan Fərman ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası”na (bundan sonra – Qayda) əsasən vahid əlaqələndirmə mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Nazirlik vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir və müraciətlərin icra vəziyyətinin monitorinqini aparır. Həmin Qaydaya əsasən vahid əlaqələndirmə mərkəzlərində xidmətlər aşağıdakı formalarda göstərilir:

- birbaşa (yerində) xidmət;

- Çağrı mərkəzi vasitəsilə xidmət;

- səyyar xidmət.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı

Sıra

-si

Xidmətin adı

1

2

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1.1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi

1.2.

tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat

1.3.

məşğulluq sahəsində göstərilən xidmətlər

1.4.

əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu

1.5.

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə müraciətlərin qəbulu

1.6.

sosial xidmət sahəsində göstərilən xidmətlər, o cümlədən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat

1.7.

şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.8.

müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.9

hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2.1.

şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu (zabit və gizir heyətinə münasibətdə)

2.2.

müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə)

2.3.

orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə)

2.4.

xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu

2.5.

sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

3.1.

tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu

4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

4.1.

hərbi xidmətkeçmə haqqında arayış verilməsi

4.2.

müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi

4.3.

müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar verilməsi

4.4.

hərbi qeydiyyatda olma barədə arayış verilməsi

5. Yerli icra hakimiyyəti orqanları

5.1.

yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu

5.2.

yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu

5.2-1

yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu

5.3.

ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi

5.4.

şəhid adının əbədiləşdirilməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu

6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

6.1.

tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu

6.2.

immunoprofilaktikaya dair məlumat verilməsi

6.3.

tibbi arayışların elektron registrindən məlumatların verilməsi

“DOST” mərkəzlərində fəaliyyət göstərən “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmətlərin göstərilməsi prosesi reqlamentləşdirilmiş və bütün xidmətlər pasportlaşdırılmış, xidmətin təşkili və vətəndaş axınının tənzimlənməsi üçün elektron növbəlilik sistemi qurulmuş, tələb olunan inzibati və təşkilati məsələlər həll edilmiş, həmçinin vahid əlaqələndirmə mərkəzləri üzrə müraciətlərin həm də Çağrı mərkəzi 142 üzərindən qəbul edilməsi təmin olunmuşdur. Hazırda hər bir “DOST” mərkəzində vahid əlaqələndirmə mərkəzləri xidmət göstərir və bununla da Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri tam əhatə edilmişdir. Regionlara gəldikdə isə hazırda 16 regional vahid əlaqələndirmə mərkəzi fəaliyyət göstərir və bu mərkəzlər ümumilikdə 72 rayon və şəhərləri əhatə edir. Aşağıda regional vahid əlaqələndirmə mərkəzləri və onların əhatə etdiyi rayonların siyahısı əks olunmuşdur:

Regional vahid əlaqələndirmə mərkəzi

Əhatə etdiyi şəhər və rayonlar

1

Gəncə-Daşkəsən Regional Filialı

Gəncə şəhəri

Naftalan şəhəri

Daşkəsən rayonu

Goranboy rayonu

Göygöl rayonu

Samux rayonu

2

Lənkəran-Astara Regional Filialı

Masallı rayonu

Astara rayonu

Lənkəran şəhəri

Lerik rayonu

Yardımlı rayonu

Cəlilabad rayonu

3

Mərkəzi Aran Regional Filialı

Mingəçevir şəhəri

Yevlax şəhəri

Ucar rayonu

Ağdaş rayonu

Göyçay rayonu

Kürdəmir rayonu

Zərdab rayonu

4

Qazax–Tovuz Regional Filialı

Ağstafa rayonu

Qazax rayonu

Tovuz rayonu

Şəmkir rayonu

Gədəbəy rayonu

5 Quba–Xaçmaz Regional Filialı

Quba rayonu

Qusar rayonu

Xaçmaz rayonu

Şabran rayonu

Siyəzən rayonu
6 Şirvan–Salyan Regional Filialı

Şirvan şəhəri

Biləsuvar rayonu

Hacıqabul rayonu

Salyan rayonu

Neftçala rayonu
7 Mil-Muğan Regional Filialı

İmişli rayonu

Beyləqan rayonu

Saatlı rayonu

Sabirabad rayonu

8 Dağlıq-Şirvan Regional Filialı

Ağsu rayonu

İsmayıllı rayonu

Qobustan rayonu

Şamaxı rayonu

9 Şəki-Zaqatala Regional Filialı

Şəki şəhəri

Balakən rayonu

Qax rayonu

Qəbələ rayonu

Oğuz rayonu

Zaqatala rayonu

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi