Təhsilə cəlb olunmayan əlilliyi olan uşaqların sosial xidmət müəssisələrinə qəbul edilməsi

Müəssisələr barədə ümumi məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlara stasionar və ya yarımstasionar (günərzi) formada  sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyalarının təşkili ilə bağlı xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir

 

Ünvanı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M. Əzizbəyov küçəsi 84.

 

Müəssisəyə kimlər qəbul edilir?

Müəssisələrə təhsilə cəlb oluna bilməyən 5-18 yaşlı psixi və yüngül formalı əqli pozuntuları olan əlilliyi müəyyən edilmiş uşaqlar qəbul edilirlər.

 

Müəssisəyə qəbul üçün müraciət edilməsi

Əlilliyi müəyyən edilmiş 5 yaşından 18 yaşınadək təhsilə cəlb olunmayan uşaqların (bundan sonra – uşaqlar) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər.

 

Tələb olunan sənədlərin siyahısı
1

Ərizə;

2

Şəxsiyyəti təsdiq edən sənəd;

3

Şəxsin cari vəziyyətini əks etdirən yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;

4

Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

5

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil;

6

Uşağın əlilliyinin qiymətləndirilməsi barədə tibbi sosial ekspert komissiyasının qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqda tələb edilir).

8

Psixoloji-tibbi-pedaqoji komissiyadan xüsusi təhsilə olan ehtiyac meyarının müəyyən edilməsi üçün rəy.

 

Müəssisəyə qəbul edilmiş uşaqlar aşağıdakı hallarda müəssisəni tərk edə bilərlər:

 

Müəssisədə göstərilən xidmətlər

 

Bunları bilmək lazımdır

Uşaqların yataq otaqları ilə təmin edilməsi onların yaşlarına, cinsinə və sağlamlıq vəziyyətlərinə əsasən həyata keçirilir.

Uşaqlar müəssisələrə müvəqqəti və ya 18 yaşına qədər müddətə qəbul edilirlər.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi