1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2003-cü ildə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı ixtisası üzrə bakalavr, 2006-cı ildə Bakı Slavyan Universitetinin eyni ixtisası üzrə magistratura, 2018-ci ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə magistratura səviyyəsini bitirib.
2006-cı ildə “Azercell”in Müştəri Xidmətləri təmsilçisi, həmin ildən qrup rəhbəri vəzifəsini icra edib. 2008-2017-ci llərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müxtəlif vəzifələrdə çalışıb.
2017-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr və Protokol sektorunun müdiri, 2017-2019-cu illərdə Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin baş məsləhətçisi olub, 2018-ci ildən “UNEC Business School”da mühazirəçi kimi fəaliyyət göstərir.
2019-cu ilin yanvar ayından etibarən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin direktoru, 23 aprel tarixindən 1 saylı Bakı DOST Mərkəzinin direktoru, 28 dekabr tarixindən 2 saylı Bakı DOST Mərkəzinin direktoru, 21 may 2020-ci il tarixindən 3 saylı Bakı DOST Mərkəzinin direktoru vəzifələrində çalışıb. 4 avqust 2020-ci il tarixindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müavinidir.
Evlidir, 3 övladı var.