
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Mayın 4-də mərkəzlərə ümumilikdə 7057 nəfər vətəndaş müraciət edib. Bu göstərici DOST mərkəzlərində indiyədək qeydə alınan ən yüksək nəticədir.
Gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 1149 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 661 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1833 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 1282 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 621 nəfər, Abşeron DOST Mərkəzinə 845 nəfər, Qarabağ Regional DOST Mərkəzinə 416 nəfər, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialına isə 9 nəfər, Zəngilan "SMART" DOST məntəqəsinə 2 nəfər, Kəlbəcər DOST məntəqəsinə 6 nəfər, Füzuli DOST məntəqəsinə 5 nəfər, Tərtər DOST filialına 80 nəfər, ƏƏSMN-in qəbul şöbəsinə 77 nəfər, DƏMX-in DOST qəbul şöbəsinə isə 71 nəfər vətəndaş müraciət edib.
Müraciətlər əsasən pensiya (17,7%), sosial müavinətlər (17,1%), məşğulluq (15,8%), əlillik (3,3%), sosial xidmət (2,2%), əmək münasibətləri (2,2%), vahid əlaqələndirmə mərkəzi (1%), bank (21,8%) və digər yardımçı xidmətlərlə (19%) bağlı olub.
Qeyd edək ki, DOST mərkəzlərində indiyədək 4,5 milyona yaxın vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,8 faiz təşkil edir. "DOST Çağrı Mərkəzi 142" üzrə isə 8,8 milyondan çox zəng cavablandırılıb və məmnunluq səviyyəsi 95,3 faizdir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi