“DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti müzakirə olundu

18 sentyabr 2026, 18:11
A+ A-
“DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti müzakirə olundu

"DOST Çağrı Mərkəzi 142" tərəfindən bu ilin yanvar-avqust ayları ərzində ərzində 940 minə yaxın zəng cavablandırılıb. Bu barədə qurumun fəaliyyəti ilə bağlı keçirilən iclasda bildirilib.

Onlayn formatda baş tutan görüşdə Çağrı Mərkəzinin hesabat dövrü ərzində fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş olunub və görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, Çağrı Mərkəzinə zəng edən vətəndaşlar üçün operatorun cavabını gözləmə müddəti 12 saniyə, xidmət müddəti isə 2 dəqiqə 46 saniyə təşkil edib.

Təqdimatda həmçinin daxil olan müraciətlər, vətəndaş məmnunluğu, sosial media üzrə aktivlik göstəriciləri və s. ilə bağlı statistik məlumatlar diqqətə çatdırılıb.

Sonda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatla bağlı fikirlərini bildirib, müvafiq tapşırıqlar verib. Gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi