Asan Aç

DOST mərkəzlərində yeni rekord qeydə alındı

10 yanvar 2024, 10:53
A+ A-
DOST mərkəzlərində yeni rekord qeydə alındı

DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Yanvarın 8-də mərkəzlərə ümumilikdə 6154 nəfər vətəndaş müraciət edib. Bu göstərici DOST mərkəzlərində indiyədək qeydə alınan ən yüksək nəticədir.

Gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 1013 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 627 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1555 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 904 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 516 nəfər, Abşeron DOST Mərkəzinə 1007 nəfər, Qarabağ Regional DOST Mərkəzinə 531 nəfər, Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsinə isə 1 vətəndaş müraciət edib.

Müraciətlər, əsasən pensiya (14,97 %), sosial müavinətlər (27,82 %), məşğulluq (27,92 %), əlillik (3,79%), sosial xidmət (3,41 %), vahid əlaqələndirmə mərkəzi (2,14 %), əmək münasibətləri (0,97 %) və yardımçı xidmətlərlə (18,98 %) bağlı olub.

Yanvarın 8-də DOST Çağrı Mərkəzi 142 tərəfindən 7804 vətəndaş müraciəti cavablandırılıb.

Qeyd edək ki, hazırda ölkə üzrə 7 DOST mərkəzi, həmçinin Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 2 milyona yaxın vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,1 faiz təşkil edir. DOST Çağrı Mərkəzi 142 üzrə 5,1 milyondan çox vətəndaş müraciəti cavablandırılıb və xidmətdən məmnunluq səviyyəsi 93 faizdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi