Proqram haqqında ümumi məlumat
TAP DOST Agentliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən inklüziv inkişaf proqramıdır. Əlilliyi olan gənclərin bilik və bacarıqlarını müasir əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirərək onların fərdi və peşəkar potensialını üzə çıxarmağı hədəfləyir.
Sosial ədalət və bərabərlik prinsiplərinə əsaslanan TAP, iştirakçılar üçün inklüziv mühit yaradır, onların cəmiyyətə inteqrasiyasını sürətləndirir və əmək bazarında fəal iştirakına şərait formalaşdırır.
Əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının artırılmasına dəstək olmaq
Təcrübə proqramları, təlimlər və karyera dəstəyi vasitəsilə iş imkanlarına çıxışı asanlaşdırmaq
Təhsil müəssisələri, işəgötürənlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirmək
Tələbələr üçün yeni imkanlar: Real təcrübə və inkişaf mühiti
Təlimlər və bacarıqların inkişafı ilə başlayan proqram, iştirakçıların peşəkar təcrübə və iş imkanlarına inteqrasiyası mərhələsi ilə davam etdirilir.
📈 Karyera inkişafı
İştirakçılar yumşaq və texniki bacarıqların inkişafına yönəlmiş təlimlərdə iştirak edir, real iş mühiti ilə tanış olmaq üçün nüfuzlu təşkilatlarda peşəkar təcrübə proqramlarına cəlb olunurlar. Bu proses onların iş imkanlarına çıxışını genişləndirərək əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi formalaşmasına töhfə verir.
🚀 Layihələrdə iştirak imkanları
Əlilliyi olan gənclərin potensialını üzə çıxarmaq üçün TAP çərçivəsində mentorluq və kouçinq dəstəyi təqdim olunur. İştirakçılar şəxsi inkişaf və karyera istiqamətində peşəkar məsləhətlər alaraq bacarıqlarını inkişaf etdirir, gələcək hədəflərini dəqiqləşdirir və bu hədəflərə çatmaq üçün yol xəritəsi formalaşdırırlar.
🎓 Mentorluq dəstəyi
TAP çərçivəsində həyata keçirilən fəaliyyətlər gənclərin komanda daxilində əməkdaşlıq, effektiv ünsiyyət, liderlik, problem həlli və adaptasiya bacarıqlarını inkişaf etdirməyə əsaslanır. Eyni zamanda iştirakçılar və işəgötürənlərlə birbaşa görüşlər təşkil edilərək peşəkar işgüzar əlaqələrin qurulması və inklüziv məşğulluq şəbəkəsinin genişləndirilməsi təmin edilir.
🤝 Şəbəkələşmə
Əlilliyi olan gənclər "DOST TAP" şəbəkəsi daxilində icra olunan birgə layihələrə və məşvərət qruplarına cəlb edilərək sosial fəallıq qazanırlar.
Müraciət necə olmalıdır?
- Hədəf auditoriyası: Əlilliyi olan tələbə və məzun
- Yaş kateqoriyası: 18-29 yaş aralığı
- Seçim meyarı: namizəd inkişafa maraqlı olmalı, motivasiyalı yanaşma nümayiş etdirməli, həm distant, həm də ənənəvi təlim və görüşlərdə iştirak imkanı olmalıdır.
Qeydiyyat forması
Sizi maraqlandıran əsas məqamlar
Proqramın birinci mərhələsi 4 aya qədər davam edir
Təlimlər və görüşlər həm distant, həm də ənənəvi formatda keçirilir
Bəli, proqramı uğurlu nəticələrlə bitirən iştirakçılara sertifikatlar təqdim olunur
Xeyr, proqram əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək məqsədilə DOST Agentliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ödənişsiz olaraq həyata keçirilir
Son xəbərlər
DOST Agentliyinin icra etdiyi əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığını dəstəkləyən Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində inklüziv məşğulluq və əməkdaşlıq imkanlarına həsr olun...
DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramına cəlb olunan tələbələrlə görüşlər keçirilib. İştirakçılara proqramın məzmunu, təqdim etdiyi imkanlar və növbəti mərhələlər barədə ətraf...